Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş 4-cü beynəlxalq boks turnirinə yekun vurulub. Lent.az-ın məlumatına görə, 15 ölkənin qatıldığı turnirdə Azərbaycan da təmsil olunub.
Boksçularımız Xabarovsk turnirində 1 qızıl, 2 gümüş, 2 bürünc medala sahib olublar. Superağır çəki dərəcəsində yarışan Fərid Şabanov finalda çinli Jibao Vanqı aşkar üstünlüklə məğlub edib. 3-cü raundda çinli məşqçilər ağ dəsmalı rinqə ataraq, Vanqın təslim olduğunu bildiriblər. Pərviz Bağırov (64 kq) və Tural Əhmədov (52 kq) yalnız finalda uduzaraq, gümüş medala layiq görülüblər. Əhmədov finalda yerli boksçu Yaroslav Nalivaykoya 7:14 hesabı ilə uduzub. Bağırov isə Aleksandr Malininlə həlledici döyüşə çıxmayıb. Komandamıza bürünc medalları Kamran Mehdiyev (91 kq) və Rauf Rəhimov (81 kq) qazandırıb.
Qeyd edək ki, komandamızın nümayəndə heyətinin rəhbəri 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərov, məşqçi isə Rafiq İsmayılov olub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə