Futbol üzrə Azərbaycan çempionatı son illər "altılıq" sistemi üzrə keçirilir. Yarışın təşkili və keçirilməsinə cavabdeh olan Peşəkar Futbol Liqası (PFL) çempionatın maraqlı alınması üçün kifayət qədər işlər görüb. Ancaq çempionatda baxımlılıq, gərginlik, prinsipiallıq hələ qənaətbəxş səviyyədə deyil. Elə bu günlərdə PFL prezidenti Ramin Musayev apasport.az saytına müsahibəsində reqlamentdə dəyişiklik olunmasını, ikinci "altılığ"da birinci pilləni tutan komandaya Avroliqaya vəsiqə verilməsini təklif edib ki, qoy, çempionatda maraq və mübarizə bir qədər də artsın. Təbii ki, Ramin Musayevin bu istiqamətdə göstərdiyi fəaliyyəti alqışlamaq lazımdır. Amma eyni zamanda qeyd etmək istərdik ki, bu, reqlamentlə bağlı müzakirələr aparmaq üçün əlavə imkanlar yaradıb. Bu mənada, Olimpiya.az saytı olaraq, biz də alternativ olaraq öz variantımızı irəli sürürük və düşünürük ki, bu, Azərbaycan çempionatı üçün ən ideal format ola bilər.
Bizim təklifimiz belədir:
Azərbaycan çempionatında 12 klub arasında 2 dövrəlik yarış başa çatdıqdan sonra komandalar hərəsində 4 komanda olmaqla 3 qrupa bölünür.
Çempionluq qrupu
1-4-cü yeri tutan klublar
Avroliqa qrupu
5-8-ci yeri tutan klublar
Keçid qrupu
9-12-ci yeri tutan klublar
Əsas məqsəd
Avrokuboklar uğrunda mübarizəyə 7-ci yeri tutan komandanın da qatılması
ÇEMPİONLUQ QRUPU: Çempionatın 22-ci turundan sonra 1-4-cü pillədə qərarlaşan komandalar bu qrupa daxil edilirlər. Bu zaman onların çempionatın təsnifat mərhələsində göstərdiyi bütün nəticələr saxlanılır. Həmin klublar çempionluq qrupunda öz aralarında ev-səfər prinsipi üzrə qarşılaşırlar. Bir komanda ümumilikdə 6 oyun keçirir və qazandığı xallar təsnifat mərhələsində topladığı xalların üzərinə gəlir. Bu görüşlərdən sonra 1-ci yeri tutan klub Çempionlar Liqasında, 2-ci pillənin sahibi Avroliqada iştirak hüququ qazanır. 3-cü və 4-cü yerin sahibləri Avroliqaya dördüncü vəsiqə uğrunda pley-off oyunu keçirir (bu barədə daha ətraflı bir qədər aşağıda oxuya bilərsiniz)
AVROLİQA QRUPU: Çempionatın 22-ci turundan sonra 5-8-ci pillədə qərarlaşan komandalar bu qrupa daxil edilirlər. Bu zaman onların çempionatın təsnifat mərhələsində göstərdiyi bütün nəticələr saxlanılır. Həmin klublar Avroliqa qrupunda öz aralarında ev-səfər prinsipi üzrə qarşılaşırlar. Bir komanda ümumilikdə 6 oyun keçirir və qazandığı xallar təsnifat mərhələsində topladığı xalların üzərinə gəlir. Bu görüşlərdən sonra 5-ci və 6-cı yeri tutan klublar la 3-cü və 4-cü yerin sahibləri Avroliqaya dördüncü vəsiqə uğrunda pley-off oyunu keçirirlər.
PLEY-OFF: Sözsüz ki, burada kubokun nəticələrinə nəzər salmaq vacibdir. Əgər kubokun sahibi (finalçısı) çempionatda 3-cü yeri tutubsa, deməli, pley-off-da 4-cü, 5-ci, 6-cı və 7-ci yerin sahibləri qarşılaşacaqlar.Yaxud, kubokun sahibi (finalçısı) çempionatda 5-ci yeri tutubsa, deməli, pley-off-da 3-cü, 4-cü, 6-cı və 7-ci yerin sahibləri oynayacaqlar. Göründüyü kimi, istənilən halda, 7-ci pillədə qərarlaşan komandanın da sona qədər avrokuboklara düşmək şansı olur. Pley-off bu reqlamentlə keçirilir:
1. 3-cü yer - 6-cı yer
2. 4-cü yer - 5-ci yer
Ev və səfər prinsipi üzrə 2 oyun. Qaliblər neytral meydanda həlledici görüşə çıxırlar və Avroliqaya dördüncü vəsiqə uğrunda mübarizə aparırlar.
KEÇİD QRUPU:
Çempionatın 22-ci turundan sonra 9-12-ci pillədə qərarlaşan komandalar bu qrupa daxil edilirlər. Bu zaman onların çempionatın təsnifat mərhələsində göstərdiyi bütün nəticələr saxlanılır. Həmin klublar keçid qrupunda öz aralarında ev-səfər prinsipi üzrə qarşılaşırlar. Bir komanda ümumilikdə 6 oyun keçirir və qazandığı xallar təsnifat mərhələsində topladığı xalların üzərinə gəlir. Yekunda son iki yeri, yəni 11-ci və 12-ci pilləni tutan komandalar Premyer Liqadan kənarlaşdırılır, əvəzində I divizionda ilk iki yerin sahibləri Premyer Liqada çıxış etmək hüququ qazanırlar.
YENİ FORMATIN ÜSTÜN CƏHƏTLƏRİ
***Əgər çempionat yeni formatla keçirilərsə, yarışın bütün oyunlarında rəqabət olacaq, heç bir matç formal xarakter daşımayacaq. İstənilən klub mövsümün əvvəlindən axırına qədər daha yüksək yer tutmaq üçün mübarizə aparacaq. Misal üçün bildirək ki, 2011/2012 mövsümündə ikinci "altılıq"da qərarlaşan AZAL klubu XXIII turdan etibarən medallar uğrunda mübarizəni dayandırmışdı və Premyer Liqada da yerini qorumuşdu. Ona görə də əksər oyunlar AZAL üçün formal xarakter daşıyırdı. Eyni sözləri "Rəvan"a da aid etmək olar.
***Yeni format Avropa təcrübəsinə söykənir. Hollandiya, Belçika, Türkiyə çempionatları məhz bu sistemlə keçirilir.
***İrəli sürdüyümüz təklifin yeganə mənfi cəhəti odur ki, klublar mövsüm ərzində çempionatda 28-30 oyuna çıxacaqlar. Yəni, əvvəlki ilə müqayisədə 2, maksimum 4 matç az keçirəcəklər. Yəqin ki, bu amil komandaların oyun təcrübəsinə demək olar, təsir göstərməyəcək. Əksinə, əgər belə olarsa,çempionat avqustun ilk ongünlüyündə - qızmar günlərdə yox, avqustun ikinci yaırsında start götürər və milli komandamızın sentyabrda keçirəcəyi rəsmi oyunlara qədər 2 tur baş tutar (məsələn, 2012/13 mövsümü üçün çempionatın 1-ci turu 18-19 avqust, 2-ci turu 25-26 avqust)
NİYƏ GÖRƏ RAMİN MUSAYEVİN TƏKLİFİ OPTİMAL DEYİL?
Məsələ burasındadır ki, Azərbaycandan qitə miqyaslı yarışlara 4 komanda vəsiqə qazanır. Tutaq ki, 2012/2013 mövsümünün sonunda 1-ci yerin sahibi Çempionlar Liqasına, 2-ci yerin sahibi Avroliqaya yollanır. Kuboku qazanan komanda həm də çempionatda 5-ci yeri tutur və o da Avroliqaya vəsiqə əldə edir. Ölkəmizi Avropanın yaşıl meydançalarında təmsil edəcək dördüncü komanda isə 7-ci yerin sahibi olur. Bu isə o deməkdir ki, çempionatın bürünc medalçısı, yəni ölkənin 3-cü ən güclü klubu qalır kənarda, 7-ci pillənin sahibi isə Avroliqada çıxış edir. Təbii ki, bu, məqbul variant deyil. Çünki elementar məntiqə görə, 7-ci yeri tutan komanda 3-cü yerin sahibindən zəifdir. Bürünc medalçı qala-qala 7-ci yerin sahibini qitə miqyaslı yarışlara göndərmək məqsədəuyğun olmazdı. Əgər PFL rəhbərliyi həqiqətən də bir mövsüm ərzində 7-8 komandanın avrokuboklar uğrunda mübarizə aparmasını istəyirsə, irəli sürdüyümüz təklifi nəzərdən keçirməsi yerinə düşərdi. Ən əsası odur ki, bu format vasitəsilə çempionatda iştirak edən bütün klubların marağı nəzərə alıb və Azərbaycan futbolunun inkişafı, Premyer Liqanın baxımlılığı prioritet götürülüb.
Aqşin ƏLİYEV,
olimpiya.az saytı
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video