2005-ci ilin yayında əsası qoyulan “Simurq” Peşakar Futbol Klubu bu mövsüm 6-cı dəfə Premyer Liqada çıxış edirdi. Mövsümə iddialı başlayan Zaqatala təmsilçisinin qarşısına yeni təyin olunmuş klub rəhbərliyi turnir cədvəlində ilk “altılığ”a düşmək tapşırığını qoymuşdu. Komandanın başına isə Sergey Yuran kimi təcrübəli mütəxəssis gətirilmişdi. Lakin, hər şey gözlənilən kimi davam etmədi. İkinci dövrədə uğursuz oyunlar seriyasından sonra rusiyalı mütəxəssiz istefaya göndərildi və onun yerinə Georgi Çıxradze dəvət olundu. Gürcü məşqçi komandanın təhlükəli zonadan uzaqlaşmasında böyük pay sahibi oldu və “Simurq” 2011-2012-ci il mövsümünü 9-cu pillədə başa vurdu.
Sergey Yuran – İqor Qetman – Georgi Çıxradze
Sergey Yuran “Simurq”un tarixində Anatoli Piskovets, Viktor Pişev, Roman Pokora və Çokiça Hadziyevskidən sonra komandaya təyin olunmuş 5-ci baş məşqçi idi. O həmçinin Azərbaycan Premyer Liqasında çalışan ilk rus mütəxəssis kimi də tarixə düşüb.
Sergey Yuranın başçılığı altında “Simurq” 22 Premyer Liqa oyununda və 1 kubok matçında meydana çıxıb. Azərbaycan kubokuna 1/8 final mərhələsində qoşulan zaqatalalılar “Neftçi”yə 0:1 hesabı ilə məğlub olaraq yarışdan kənar qalıb. 22 Premyer Liqa matçının 5-ində qələbə qazanan “Simurq”, 4-ündə heç-heçə, 11-ində isə meydandan məğlubiyyətlə ayrılıb. Bu oyunlarda 18 qol vuran sarı-qaralar, 31 dəfə isə topu qapısından çıxarmalı olub.
“AZAL”-“Simurq” 5:1, “Simurq”-“İnter” 0:2, “Simurq”-“Qəbələ” 0:1, “Simurq”-“Bakı”0:2, “Kəpəz”-“Simurq” 2:0 məğlubiyətlərindən sonra Sergey Yuran istefaya göndərilib və Zaqatala təmsilçisi müvəqqəti olaraq köməkçi məşqçi İqor Getmana tapşırılıb. Onun rəhbərliyi altında Zaqatala təmsilçisi 2 oyunda meydana çıxıb. Səfərdə “Qarabağ”a məğlub olan “Simurq” ikinçi “altılıq”da mübarizəyə başlayır və evdə final mərhələsinin birinci qarşılaşmasında “Kəpəz”lə 1:1 hesablı heç-heçə edərək 2012-ci ildə ilk xalını qazanır və ilk qolunu vurur.
Təhlükəli zonaya yaxınlaşan“Simurq”a yeni baş məşqçi – Georgi Çıxradze təyin olunur. Buna qədər Bakının “İnter” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərən gürcü mütəxəssisin rəhbərliyi altında komanda 9 oyunda rəqibləri ilə mübarizə aparıb və bu qarşılaşmaların yalnız birində- XXVI turda AZAL-la, məğlub olub. Qalan səkkiz oyunda sarı-qaralar 3 qələbə və 5 heç-heçə sayəsində hesabına 14 xaləlavə edərək 9-cu yerdə çempionatı başa vurub. Çıxradzenin rəhbərliyi altında“Simurq” 8 qol vurub, 6 dəfə isə qapısından top buraxıb.
Məmbə: "Simurq" klubunun rəsmi saytı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı