Berti Foqts: "Rusiyanın Avro-2012-dəki çıxışlarının təhlil olunmasını düzgün hesab etmirəm"

Berti Foqts: "Rusiyanın Avro-2012-dəki çıxışlarının təhlil olunmasını düzgün hesab etmirəm"
XƏBƏR 23 May 2012 / 12:20 1563
-  A +

“Avro-2012-də Portuqaliya millisinin keçirəcəyi bütün oyunları izləyəcəyik. Rusiya yığmasının bizim üçün bu çempionatda təhlil olunmasını düzgün hesab etmirəm. Çünki Dik Advokatın gedişindən sonra komandada dəyişikliklərin olacağı şübhəsizdir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Yaponiya ilə bu günkü oyunöncəsi mətbuat konfransı keçirən almaniyalı mütəxəssis DÇ-2014-ün qrup mərhələsindəki digər rəqiblərimizlə bağlı planlarını da açıqlayıb: “Mayın 26-da keçiriləcək Çexiya – İsrail oyununu köməkçim Olaf Yansen, mayın 31-də Almaniya – İsrail qarşılaşmasını isə özüm izləyəcəyəm. Şimali İrlandiya yığmasının 2 oyununa baxmışıq, digər qarşılaşmalarını da diqqət mərkəzində saxlayacağıq. İyunun 2-də isə Lüksemburq – Malta oyununu izləyəcəyəm".

Qeyd edək ki, millimiz bu gün Bakı vaxtilə saat 15:15-də Yaponiya ilə üz-üzə gələcək.

Son xəbərlər