“Pley-off-da oynayıb oynamayacağımızı özümüz də bilmirik. Peşəkar Futbol Liqasına rəsmi məktub da göndərsək də, hələ cavab gəlməyib”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Turan”ın icraçı direktoru Rasim Əliyev deyib. Klub rəsmisi istənilən halda ixtiyar sahibi olmadıqlarını deyir: “Biz sıravı əsgərik. Odur ki, oturub PFL-in verəcəyi qərarı gözləyirik. Hansı qərarı qəbul etsələr, hörmətlə yanaşacağıq. Əslində, mövsümün təqvimi tərtib olunanda pley-off-un da vaxtı orada öz əksini tapmalıdır. Nədənsə, bizdə pley-off reqlamentə salınsa da, onun nə vaxt keçiriləcəyi təqvimdə göstərilməyib. Hər halda, gözləməkdən başqa çarəmiz yoxdur”.
Qeyd edək ki, Azərbaycanın 2011-12-ci il futbol mövsümünün reqlamentinə əsasın, Premyer Liqada 11-ci pilləni tutan “Turan” I Divizion təmsilçisi “Neftçala” ilə pley-off oynamalıdır.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı