Gələn ay Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına yollanacaq Rusiya millisi ciddi itki ilə üzləşib.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, CSKA (Moskva) klubunun aparıcı müdafiəçisi Vasili Berezutskinin zədəsi hələ də davam edir.
Rusiya yığmasının baş məşqçisi Dik Advokat də bunu əsas gətirərək 29 yaşlı futbolçunu millinin heyətindən kənarlaşdırıb. Berezutski zədəsi ilə bağlı fikirlərini bölüşüb: "Bu çox üzücü oldu. Ancaq vəziyyətim düşündüyümüzdən də pisdir. Qaçmaq istədiyimdə belə ağrı hiss edirəm. Baş məşqçi ilə görüşdüm və Avro-2012-də oynaya bilməyəcəyimi söylədim".
Qeyd edək ki, Rusiya millisi A qrupunda Polşa, Yunanıstan və Çexiya yığmaları ilə mübarizə aparacaq.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"