Tarixi ərzində ilk dəfə Çempionlar Liqasının qalini adını qazanan İngiltərənin "Çelsi" klubu artıq indidən transfer çalışmalarına start verib.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, London təmsilçisi Fransanın "Lill" klubunda forma geyinən Eden Hazarda transfer etməkdə israrlıdır.
Klubun sahibi Roman Abramoviç 21 yaşlı futbolçunun transferi üçün 30 milyon funt-sterlinq xərcləməyə hazırdı. Üstəlik belçikalı futbolçu "Çelsi"də oynayacağı təqdirdə həftəsinə 250 min funt-sterlinq qazanacaq. Hazardın da "Çelsi"nin bu təklifini müsbət qəbul etdiyi bildirilir.
Qeyd edək ki, Hazardla "Çelsi" ilə yanaşı, İngiltərənin digər nəhəngləri - "Mançester Yunayted", "Mançester Siti", "Arsenal" və "Tottenhem" klubları da yaxından maraqlanır.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"