Çempionlar Liqasının final oyunu çərçivəsində keçirilən "Bavariya" - "Çelsi" matçını izləyənlər arasında İngiltərənin baş naziri Devid Kameron, Almaniya kansleri Angela Merkel və Amerika prezidenti Barak Obama da var idi.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hər üç dövlət rəsmisi Münhendə keçirilən final matçını böyük həyəcanla izləyib.
Matçın 83-cü dəqiqəsində "Bavariya"nın vurduğu qoldan sonra böyük sevinc yaşayan Merkel Obama ilə zarafatlaşmağı da unutmayıb. Lakin "Çelsi"nin bərabərlik qolundan sonra Merkel şok yaşayarkən, Obama Kameronu ilk təbrik edən şəxs olub. Matçın ardından yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan "Çelsi"nin zəfərindən sonra isə "Bavariya"nın məğlubiyyətinə üzülən Merkeli Obama və Kameron təsəlli edib.
Qeyd edək ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyundan sonra təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən "Çelsi" (4:3) tarixində ilk dəfə ÇL-in qalib olub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı