Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə dünya kubokunun I mərhələsində Azərbaycan milli komandası böyük uğura imza atıb. Qol.Az-ın məlumatına görə, yarışda ölkəmizi təmsil edən 4 kanoeçidən 3-ü üst-üstə 1 qızıl, 1 gümüş, 3 bürünc medal əldə edib.
İdmançılarımızdan Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 500 metrlik yürüşdə gümüş, 200 metrlik və olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə bürünc medal qazanıb.
1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşlərə 37 kanoeçi qatılıb. Kraytor seçmə və yarımfinal yürüşlərində birinci olduqdan sonra əsas finalda (Final A) da hamını qabaqlayıb. Finişə 42,097 saniyəyə çatan 20 yaşlı kanoeçimiz rusiyalı dünya və Avropa çempionu İvan Ştıl (42,365), ukraynalı dünya çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Yuri Çeban (42,669), braziliyalı Nivalter Santos (42,769), rusiyalı son olimpiya çempionu Maksim Opalev (42,905), litvalı Yevgeni Myasnyankin (43,397), qazaxıstanlı Aleksandr Dyadçuk (43,573), kanadalı Ceyson Makkumbs (43,929) və qazaxıstanlı Mixail Yemelyanovu (44,725) üstələyib. Kraytor böyüklər arasında nüfuzlu yarışlarda ilk dəfə əldə etdiyi bu qələbə ilə Azərbaycanın 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşlərdə ən güclü olduğunu bir daha nümayiş etdirib. Ötənilki dünya çempionatında məhz C-1 kateqoriyalı qayıqla qızıl medalı ölkəmizin digər təmsilçisi Valentin Demyanenko əldə etmişdi.
500 metrlik yürüşdə isə Kraytor finişə 2 dəqiqə 9,316 saniyəyə çatıb. O, seçmə yürüşdə 4,556 saniyə qabaqladığı belaruslu 5 qat dünya çempionu Denis Xaraja (2:07.336) və braziliyalı Nivalter Santosdan (2:08.876) geri qalsa da, çexiyalı Martin Fuksa (2:09.820), polşalı Vinsent Şlominski (2:10.032), yunanıstanlı Andreas Kiliqkaridis (2:13.848), latviyalı Qatis Pranks (2:16.364), özbəkistanlı Dilşod Yuldaşov (2:21.692) və yaponiyalı Naoyo Sakamotonu (2:24.432) qabaqlayıb.
Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 500 metrlik final yürüşündə finişə 1 dəqiqə 47,491 saniyəyə çatıb. Onlar yalnız belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (1:47.023) duetindən geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (1:47.695), özbəkistanlı Vadim Menkov – Merey Medetov (1:48.667), polşalı Daniel Poşpiex – Yakub Sitkovski (1:51.291), kanadalı Pol Brayant – Rolan Varqa (1:52.255), özbəkistanlı Serik Mirbekov – Gerasim Koçnev (1:52.431), kubalı Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (1:53.275) duetlərini üstələyib. Qazaxıstanlı Sergey Yemelyanov – Timofey Yemelyanov cütlüyü isə həlledici yürüşə qatılmayıb.
Bezuqlıy – Prokopenko dueti 200 metr məsafəyə yürüşdə isə finişə 40,072 saniyəyə çatıb. Onlar belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (39,432) və braziliyalı Erlon Souza – Ronilson Oliveyra (39,968) duetlərindən geri qalıblar. Əvəzində azərbaycanlı cütlük çilili Alvaro Torres – Conatan Tafra (41,388), polşalı Daniel Poşpiç – Mariuş Ruçinski (41,516), özbəkistanlı Serik Mirbekov – Gerasim Koçnev (41,852), polşalı Adam Novak – Mixal Lyubnyevski (41,944), latviyalı Qatis Pranks – Anton Knesis (42,288) və qazaxıstanlı Timofey Yemelyanov – Sergey Yemelyanov (42,444) duetlərini geridə qoyub.
Dünya kubokunun I mərhələsində kanoeçilərimizdən yalnız Adnan Əliyev uğurlu ola bilməyib. 29 yaşlı kanoeçimiz yarımfinalda 7-ci yeri tutaraq, mübarizəni dayandırıb. O, 5000 metr məsafəyə yürüşdə də mükafatçılar sırasına düşə bilməyib.
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində