Almaniyanın “Tennis Borussiya” klubunun üzvü, məşhur “Herta”nın yetirməsi Fərrux Kərimov Qol.Az saytına müsahibə verib
Bir çox azərbaycanlı var ki, başqa ölkədə doğulub, yaxud uzun müddətdir orada yaşayıb futbolun sirrlərini öyrənib. Söhbər qürbətci azərbaycanlılardan gedir. Mətbuat da dəfələrlə bu cür futbolçuları axtarıb tapıb üzə çıxarsa da, təəssüf ki, AFFA-da milli komandalara cavabdeh olan şəxslər, o cümlədən milli məşqçiləri, nədənsəŞ media əhlinin ortaya çıxardığı futbolçularla maraqlanmayıblar. Əvəzində başqa millərin nümayəndələrini - dağıstanlıları, rusları, ukraynalıları milliləşdirib Azərbaycan millisinə çağırıblar. Çox təəssüf ki bu gün də bu proses davam edir. Bu dəfə isə sizə Almaniyada futbol həyatı sürən gənc bir futbolçumuzu təqdim edəcəyik.
Beləliklə, Almaniya III Bundesliqasının “Tennis Borussiya” klubunun üzvü Fərrux Kərimov Qol.Az-a eksklüziv müsahibəni təqdim edirik.
- Fərrux, öncə başlayaq tanışlıqdan...
- Adım Fərrux, soyadım Kərimov. 1987-ci il may ayının 8-də Bakıda anadan olmuşam. Fiziki göstəricilərimə gəlincə, boyum 170 sm, çəkim 63 kq-dır.
- Necə oldu ki, Almaniyaya gedib çıxdın?
- Atamın işi ilə əlaqədar. O, 24 il bundan qabaq işçi olaraq Almaniyaya gəldi. 1997-ci ildə isə bizi də yanına gətirdi.
- İlk dəfə futbolla harada başlamısan?
- Futbola 1998-ci ildə Berlinin “Berliner” SC klubunda başlamışam. İki il burada oynadıqdan sonra, 2000-ci ildə 13 yaşım olarkən Berlinin və Almaniyanın ən tanınmış klublarından olan “Herta”ya keçmişəm. Peşəkar futbolun sirrlərinə orada daha çox yiyələndiyimdən özümü “Herta”nın yetirməsi sayıram. Hazırda da Berlində yaşayıram.
- Bəs, hazırda hansı klubun şərəfini qoruyuran?
- III Bundesliqa klubu olan “Tennis Borussiya”nın üzvüydüm. Lakin bir müddət əvvəl ciddi zədə aldığımdan uzun müddət futbol oynaya bilmədim. Sıraya qayıtdıqda isə əvvəlki formamı yığmaq üçün məni VI Bundesliqada çıxış edən “Brandenburq”a icarəyə verdilər. Hədəfim yüksək səviyyəli klublarda oynamaqdır. Sadəcə, formamı bərpa etmək üçün o kluba getdim. 14 oyunda meydançaya çıxdım və 15 qola imza atdım. 15 dəfə isə assistent rolunu oynadım və məhsuldar ötürmə verdim. Bundan başqa, 2004-cü ildə “Herta”nın ən yaxşı gənc futbolçusu seçildim. Bu arada, VI liqa olması sizə elə belə gəlməsin. Almaniyada liqalar çox güclüdür. Burada VI Bundesliqa klubu hətta II Bundesliqa klublarına da qalib gələ bilir. Almaniyada hansı liqa olmasından aslı olmayaraq, bütün oyunlar gərgin və maraqlı keçir.
- Ampluan nədir?
- Dayaq yarımmüdafiəçisiyəm. Son mövsümü yüksək səviyyədə keçirdiyimi deyə bilərəm.
- Hazırda “Tennis Borussiya”nın üzvüsən?
- Xeyr, artıq o klubdan ayrılmışam.
- Səbəb nə oldu?
- Onlar məni saxlamaq istəyirdilər. Sadəcə, özüm artıq daha yüksək səviyyəli klublarda oynamaq istəyirəm. 22 yaşında bunu həyata keçirmək istəyirdim. Amma zədə hər şeyi alt-üst elədi. İndi isə bu istəyimi həyata keçirmək istəyirəm.
- Bəs, təkliflər var?
- Almaniyanın “Union Berlin”, “Herta”, “Flensburg 03” klublarından təklif almışam. Eyni zamanda Türkiyədən də təkliflər var. “Manavqatspor”, “Aydınspor” və “İstanbulspor” məni heyətində görmək istəyir.
- Seçimin necə olacaq: Almaniyada qalırsan, yoxsa Türkiyəyə gedirsən?
- Türkiyəyə gedəcəyəm. Əgər oradakı şərait ürəyimcə olsa, qalacağam. Alınmasa, qayıdıb karyeramı Almaniyada davam etdirəcəyəm.
- Türkiyədəki klublar iddialıdı?
- Bununla gedib yerində tanış olacağam. Ümumiyyətlə, hədəfim iddialı klubda oynamaqdır.
- Maraqlıdır, bu günə qədər AFFA-dan səninlə maraqlanan olub?
- Xeyr, heç kim maraqlanmayıb. Yəqin bu cür məsləhət bilirlər, nə deyə bilərəm?
- AFFA Almaniyada oynayan türk futbolçuları milliyə dəvət edir bundan xəbərin var?
- Bəli, xəbərim var. Görünür, Berti Foqtsun onlara daha çox ehtiyacı var.
- Hazırda Uğur Pamuk, Ufuk Budak və Cihan Özkaya kimi türklər Azərbaycan millisinə dəvət alır. Uğurla Ufuk Almaniya futbolunun yetirmələridir. Bu futbolçuları orada tanıyan var?
- O qədər də yox. Türkiyə ilə oyunda mən oradakılara Ufuqun Almaniyada oynadığını dedim. Uğur da burda futbola başlayıb. Dediyim kimi, o qədər də tanınan futbolçular deyillər. Amma Cihan Türkiyədə tanınan oyunçudur, “Sivassspor”da oynayır.
- Deyilənə görə, II Bundesliqa klubu “Frayburq” Ufuk Budaqla yeni müqavilə imzalamayıb. Bu, düz məlumatdır?
- Mənim də eşitdiyimə görə, “Frayburq” onu heyətində saxlamaq fikrində deyil.
- Azərbaycan futbolunu izləyirsən?
- Bəli, izləyirəm. Özüm üçün də maraqlıdır. Bilirəm ki, son çempion “Neftçi” oldu, onlara da Avropada uğurlar arzulayıram.
- Azərbaycan klublarından dəvət olsa, qəbul edərsən?
- Ola bilər.
Anar XANLAROV
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində