Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürüb.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, yarışda Azərbaycanı 4 kanoeçi – Adnan Əliyev, Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edir.
İlk yarış günündə Bezuqlıy – Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) həm 1000 metr, həm də 500 metr, Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşlərdə finala yüksəlib. Əliyev isə 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə mübarizəni yarımfinalda dayandırıb.
Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmış kanoeçi duetimiz 1000 metrlik məsafəyə seçmə yürüşü 3 dəqiqə 58,218 saniyəyə qət edərək, 3-cü olub. O, almaniyalı Tomaş Vılençek – Ştefan Holts (3:56.522) və belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (3:57.570) cütlükləri ilə birgə əsas finala (Final A) adlayıb. Mayın 19-da Bakı vaxtı ilə saat 14:45-də baş tutacaq həlledici yürüşdə Bezuqlıy – Prokopenko duetinin digər rəqibləri Pol Brayant – Rolan Varqa (Kanada), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Peter Kreçmer – Kurt Kuçela (Almaniya), Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba), Maoxinq Huanq – Li Kianq (Çin) və Dmitri Yançuk – Aleksandr Sivkov (Ukrayna) cütlükləri olacaq. 1000 metr məhz olimpiya məsafəsi sayıldığından, kanoeçilərimizin bu yürüşdə yekun nəticəsi xüsusi əhəmiyyət daşıyır.
Bezuqlıy – Prokopenko dueti 500 metr məsafəyə yürüşə də qatılıb. Bu dəfə onlar seçmə yürüşdə finişə birinci çatıblar. 1 dəqiqə 48,809 saniyə nəticə göstərən azərbaycanlı cütlük belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetskini bu dəfə 0,824 saniyə geridə qoya bilib. Bu iki duetdən əlavə, finişə 1 dəqiqə 51,473 saniyəyə çatan Vadim Menkov – Merey Medetov (Özbəkistan) dueti də birbaşa finala adlayıb. Mayın 20-də Bakı vaxtı ilə 16:49-da başlanacaq həlledici yürüşdə digər rəqiblər Pol Brayant – Rolan Varqa (Kanada), Serik Mirbekov – Gerasim Koçnev (Özbəkistan), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Daniel Poşpiex – Yakub Sitkovski (Polşa) və Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba) olacaq.
Cəmi 20 yaşa malik Andrey Kraytor da bu məsafəyə seçmə yürüşü birinci pillədə başa vurub. O, 500 metr məsafədəki finişə 2 dəqiqə 8,846 saniyəyə çataraq, birbaşa finala yüksəlib. Kraytor hətta 5 qat dünya çempionu Denis Xarajanı (Belarus) 4,556 saniyə qabaqlayıb. Mayın 20-də Bakı vaxtı ilə saat 16:20-də başlanacaq final yürüşünə bu iki kanoeçidən başqa Naoyo Sakamoto (Yaponiya), Santos Nivalter (Braziliya), Vinsent Şlominski (Polşa), Martin Fuksa (Çexiya), Dilşod Yuldaşov (Özbəkistan), Andreas Kiliqkaridis (Yunanıstan) və Qatis Pranks (Latviya) qatılacaq.
Adnan Əliyev isə bu uğurların davamını gətirə bilməyib. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə 1000 metr məsafəni 4 dəqiqə 33,099 saniyəyə 6-cı pillədə başa vurub. Bu nəticə ilə Əliyev yarımfinala yüksəlib. Lakin o, növbəti yürüşdə 4 dəqiqə 58,868 saniyə nəticə ilə 7-ci olub. Tutduğu yer kanoeçimizi nəinki əsas finala, heç 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxara bilməyib. Nəticədə təmsilçimiz 1000 metr məsafəyə yürüşdə çıxışını başa vurub. Lakin onu mayın 20-də Bakı vaxtı ilə saat 17:15-də 5000 metr məsafəyə yürüş gözləyir.
Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko duetləri isə mayın 19-da 200 metr məsafəyə seçmə yürüşlərə qatılacaqlar. Kraytor Bakı vaxtı ilə saat 18:05-də, Bezuqlıy – Prokopenko cütlüyü isə saat 19:35-də start xəttinə çıxacaqlar.
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"