Di Matteo: "Kuboku qazanmaq "Çelsi"nin haqqıdır"

Di Matteo: "Kuboku qazanmaq "Çelsi"nin haqqıdır"
XƏBƏR 19 May 2012 / 01:33 2166
-  A +

“Çelsi” klubunun baş məşqçisi Di Matteo bu gün “Bavariya” ilə keçiriləcək Çempionlar Liqasının final oyunu öncəsi jurnalistlər qarşısına çıxıb.

Qol.Az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Matteo bugünkü görüşü qazanacaqlarına tam inandığını bildirib:

“Futbolçularım yarışın qalibi olmağa layiqdirlər. Tək futbolçular deyil, bütün komanda olaraq kuboku qazanmaq bizim haqqımızdır. “Bavariya” Almaniyanın ən yaxşı müdafiəsinə malik klubdur. “Borussiya" ilə (Dortmund) kubok oyununda qapısında beş qol görməsi bu həqiqəti dəyişdirə bilməz. Almanlar uğurlu mövsüm keçirirlər. Hər iki klubun cəzalı futbolçuları var. Rəqibi məğlub etmək üçün çox diqqətli olmalıyıq. “Bavariya”nın meydanında oynayacağıq. Bununla belə, biz də onlar kimi meydana 11 nəfərlə çıxacağıq və ən azı onlar qədər şansımız var”.

Qeyd edək ki, final oyununda cəzası səbəbindən Con Terri iştirak etməyəcək. “Çelsi”ni meydana kapitan qismində Frank Lampard çıxaracaq.

Matç Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Son xəbərlər