"Simurq" 14 futbolçu ilə yollarını ayırdı

XƏBƏR 17 May 2012 / 19:07 1819
-  A +

“Simurq” klubu heyətdə ciddi dəyişikliklərə əl atıb.

Qol.Az-ın Zaqatala təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda 14 futbolçu ilə yollarını ayırıb.

Bunlar  Fuad Əhmədov, Ramil Sayadov, Mikayıl Rəhimov, Vasiliy Yanatovskiy, Vidas Alunderis, Tofiq Mikayılov, Nicat Qurbanov, Emin Cəfərquliyev, Rəşad Eyyubov, Daniel Genov, Əli Bağırov, Ruslan Poladov, İqor Tarasovs və Anatoliy Doroşdur.

Komandanın üzvləri İlkin Qırtımov və Aleksandr Şemonayevlə isə müqavilənin müddəti daha bir il artırılıb.

Son xəbərlər