“Fənərbaxça” klubunun kapitanı Aleks de Souza Türkiyə futbolundakı danışılmış oyunlarla əlaqədar qaldırılan cinayət işinə münasibət bildirib.
Braziliyalı yarımmüdafiəçi cinayət işinin nə dərəcədə siyasi məsələ olduğuna dair suala konkret cavab verməkdən imtina edib.
O, mövqeyini belə əsaslandırıb: “Bu suala cavab versəm, məni ya Əziz Yıldırımın yanına qoyarlar, ya da onun qonşusu olaram. Mən idmançıyam. Meydanda baş verənlərlə bağlı şərhlərə özümü daha yaxın sayıram. Klub prezidentimiz güclü insandır. Vəkilləri var. Məhkəmədə özünü lazım olduğu kimi müdafiə edəcək. Özüm isə səssiz qalmağı üstün tuturam. Yeganə istəyim bu qaranlıq və qeyri-müəyyən durumun aydınlaşmasıdır”.
Aleks “Fənərbaxça”nın 29 ildən sonra Türkiyə Kubokunu qazanmasında başlıca rol oynayıb. 35 yaşlı oyunçu “Kuboku klub prezidentinə aparacaqsınız?” sualını da cavablandırıb: “Prezidentimiz bu kuboka və daha artığına layiqdir. 10 aydır ki, azadlıqdan məhrum olub. 2 aydan sonra bir ili tamam olacaq. Mən bunu 3 iyuldan bəri azad insanın həyatından alınan bir il kimi dəyərləndirirəm. Prezidentimiz bu kuboku haqq edir”.
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Kubokunun finalında “Bursaspor”u darmadağın edib – 4:0.
Xəbər: Lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil