“Bakı” iki ildir ki, uğur qazana bilmir. Ona görə, çox istəyirik ki, bu gün kuboku qazanıb bizi sevənləri sevindirək”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın müdafiəçisi Elvin Əliyev deyib. Zədə səbəbindən "Neftçi" ilə bu günkü kubok finalını buraxacaq futbolçu komandasının qələbə şanslarını dəyərləndirib: “Şanslar 50/50-dir. “Neftçi” də güclü komandadır, Azərbaycan çempionudur. Ancaq inanıram ki, qələbə bizim olacaq. Çünki çempionatda istədiyimiz nəticəni qazana bilmədik, uğursuz çıxış etdik. Həmin uğursuzluqları unutdurmaq üçün kuboku qazanmalıyıq”.
Əliyev hazırkı baş məşqçisi Novruz Əzimovla sabiq baş məşqçisi Aleksandr Starkov arasındakı fərqlərə də toxundu: “Starkovla Novruz müəllimi müqayisə etmək istəməzdim. Çünki hər ikisinə böyük hörmətim var. Starkov da mənə güvənirdi, şans verirdi. Sadəcə, o, bizim futbola bələd deyildi. Ona görə də beynində tutduğu taktika özünü doğrultmadı. Novruz Əzimov isə baxmayaraq ki, daha çox ikinci məşqçi işləyib, amma təcrübəlidir, Azərbaycan futboluna daha yaxşı bələddir. Məhz bu üstünlüyündən istifadə edib komandanı ölkə kubokunun finalına çıxarmağı bacardı. Özünüz də gördünüz ki, Starkovun gedişindən sonra heyətdə heç bir ciddi dəyişiklik olmadı. Novruz müəllim eyni futbolçularla oynadı. Sadəcə, taktikanı dəyişdi”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil