Aslan Kərimov üstünlüyü “Neftçi”yə verdi

Aslan Kərimov üstünlüyü “Neftçi”yə verdi
XƏBƏR 17 May 2012 / 12:11 1684
-  A +

“Kubok matçları çempionat oyunlarından fərqlənir. Çünki burada qalib bir oyunla müəyyən olunur”.

Bu sözləri Qol.Az-a açıqlamasında bu gün keçiriləcək ölkə kubokunun “Neftçi”-“Bakı” finalını dəyərləndirən Azərbaycan millisinin sabiq üzvü Aslan Kərimov deyib.

Kərimov ümumilikdə şansları bərabər saysa da, “Neftçi”nin imkanlarını nisbətən yüksək dəyərləndirib: “Şans hər iki komanda üçün eynidir. Həm “Neftçi”, həm də “Bakı” güclü heyətə malikdilər. Ancaq bəzi məqamlar var ki, onları analiz eləsək, “Neftçi”yə müəyyən üstünlük vermək olar. Mən bilən “Bakı”nın bəzi aparıcı futbolçuları, xüsusən də Aleksandr Şoliç zədədən yeni qayıdıb. Bu cür hallarda isə futbolçunun qısa zamanda özünü tam bərpa etməsi çətin olur”.

Son xəbərlər