Futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi uğrunda mübarizədə Türkiyəyə yeni rəqiblər ortaya çıxıb.
İrlandiya, Şotlandiya və Uels birgə təşkilatçılıq niyyəti ilə UEFA-ya müraciət ediblər.
Eyni zamanda Gürcüstan da öz namizədliyini irəli sürüb. Rəsmi müraciət müddəti mayın 15-də Bakı vaxtı ilə saat 19:00-da tamamlanacaq. Türkiyə Avro-2020-yə ev sahibliyi etmək istəyini aprelin 17-də açıqlayıb. Digər namizədlər olmasaydı, qardaş ölkə təşkilatçı ölkə elan olunacaqdı. Lakin indi UEFA namizədlər arasında seçim aparmalı və qərarını 2013-cü ilin sonları – 2014-cü ilin əvvəllərində açıqlamalıdır.
Qeyd edək ki, UEFA prezidenti Mişel Platini Türkiyənin Avropa çempionatına ev sahibliyi etmə şanslarının yüksək olduğunu, lakin bunun üçün İstanbulun 2020-ci il Yay Olimpiya Oyunlarına təşkilatçılıq etməməsinin vacibliyini açıqlayıb. Gürcüstanla birgə Azərbaycanın da Avro-2020-yə namizədliyi gündəmdə olub. Lakin sonda ölkəmiz 2020-ci il olimpiadasına üstünlük verib.
Xəbər: Lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil