Azərbaycan milli komandasının mayın 30-da yoldaşlıq görüşü keçirəcəyi Andorra yığmasının heyətində ən kobud futbolçular çıxış edir.
Bu barədə Rusiyanın “Zenit” klubunun və Rusiya millisinin hücumçusu Aleksandr Kerjakov onu ölkə çempionatının ən yaxşı oyunçusu seçən “Sport-Ekspress”ə müsahibəsində bildirib.
Kerjakov deyib ki, ən kobud oyunçular Andorra yığmasında mərkəz müdafiəçisi mövqeyində yer alıblar: “Adlarını xatırlamıram. Hardasa 1,90 metr hündürlükdədirlər. Bütün oyun ərzində ayaqlarıma vurur, qəsdən butslarının şipləri ilə tapdalayırdılar, getrlərimi qırmışdılar. Oyundan sonra baldır nahiyəm şişmiş, qan açılmışdı. Belə futbolçularla bir daha rastlaşmamışam”.
Lakin 30 yaşlı forvard andorralı müdafiəçilərə cavab verməyib. Əvəzində onun komanda yoldaşı, 2008-ci il Avropa çempionatının seçmə qrup matçında sərt reaksiya verdiyi üçün meydandan qovulub. Bu, Rusiya yığmasının 2007-ci il noyabrın 21-də Andorra üzərində 1:0 hesablı qələbə qazandığı görüşün 84-cü dəqiqəsində baş verib:
“Mən belə oyunçulara gizlicə dirsək zərbəsi endirə və ya çiyninə tüpürə bilərdim. Amma etmədim. Arşavin isə özündən çıxdı və cavab verdi. Dərhal qırmızı vərəqə aldı. Məni də təxribata çəkirdilər. Həmin vaxt İspaniya “Sevilya”sında oynadığımı bilirdilər. İspanca söyüş söyürdülər, yumruqlayırdılar. Amma mən anlayırdım ki, özümü ələ almağım lazımdır”.
Qeyd edək ki, Azərbaycan və Andorra yığmaları Almaniyanın Frankfurt şəhərində üz-üzə gələcəklər.
Xəbər: Lent.az
PSJ-dən rekord göstərici
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi