Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürəcək.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda Azərbaycanı 4 kanoeçi təmsil edəcək.
Bunlar Sergey Bezuqlıy, Maksim Prokopenko, Adnan Əliyev və Andrey Kraytordur. Kraytor 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr, Əliyev 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq.
Bezuqlıy – Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 200 metr, 500 metr və 1000 metr məsafələri qət edəcək. Kanoeçilər milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çıxış edəcəklər. Nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva başçılıq edir.
Qeyd edək ki, Adnan Əliyev Dünya Kubokunun I mərhələsi öncəsi 16-17 mayda 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatında (European Olympic Qualifier) mübarizə aparacaq. O, 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə ilk 2 pillədən birini tuta bilsə, olimpiadaya vəsiqə qazanacaq. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə artıq 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə hələ ötən il dünya çempionatında olimpiya vəsiqəsinə yiyələnib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil