Tuncay Şanlı "Fənərbaxça"ya qayıdır

Tuncay Şanlı "Fənərbaxça"ya qayıdır
XƏBƏR 15 May 2012 / 16:53 2338
-  A +

"Bolton" klubunun türkiyəli futbolçusu Tuncay Şanlı karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, Tuncayla sabiq komandası "Fənərbaxça" yaxından maraqlanır.

İngiltərədə mövsümü 18-ci pillədə başa vurmaqla Premyer Liqa ilə vidalaş "Bolton"dan ayrılmağı planlaşdıran Tuncay yenidən "Fənərbaxça"ya qayıtmaq istədiyini açıqlayıb. 30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanacağı iddia olunur.

Qeyd edək ki, 2002-2007-ci illərdə "Fənərbaxça"da çıxış edən Tuncay keçirdiyi 154 oyunda 59 qola imza atmışdı.


Son xəbərlər