Gürcüstan futbol üzrə 2020-ci il Avropa çempionatına namizədliyini təkbaşına irəli sürməyi qərara alıb.
Bu barədə mayın 15-də keçirilmiş mətbuat konfransında qonşu ölkənin idman və gənclər naziri Vladimir Vardzelaşvili açıqlama verib.
O bildirib ki, Gürcüstan qitə çempionatını müstəqil surətdə təşkil etmək iqtidarındadır. UEFA-nın iddia ərizəsini qəbul edib-etmədiyi bu gün müəyyənləşəcək. Çempionata namizədlik üçün son müddət məhz mayın 15-dək nəzərdə tutulub. Daha öncə Türkiyə də Avro-2020-yə ərizə verib.
Qeyd edək ki, Gürcüstan Avropa çempionatını Azərbaycanla birgə keçirmək istəyində olsa da, bu, baş tutmayıb. AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamasında səbəb kimi ölkəmizin 2020-ci ilin daha mötəbər idman yarışı sayılan Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsini göstərib.
Xəbər: lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil