“Fənərbaxça” – “Qalatasaray” matçından sonra saxlanılanlardan biri azərbaycanlıdır

XƏBƏR 15 May 2012 / 10:43 2231
-  A +

Futbol üzrə Türkiyə Super Finalının son turunda “Fənərbaxça” – “Qalatasaray” matçının ardından saxlanılan 47 azarkeş arasında azərbaycanlı da var. 

Adı açıqlanmayan həmin şəxs həkimdir.

Fanatlardan 15-i “Şükrü Saracoğlu” stadionunun daxilində, qalanları isə arena xaricində baş verən olaylarla bağlı saxlanılıblar. Amma həmyerlimizin harada və hansı səbəbdən yaxalandığı məlum deyil.
Saxlanılanlar Türkiyə Prokurorluğu tərəfindən dindirilirlər.

Xəbər: lent.az

Son xəbərlər