İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Fergüsson “Mançester Siti”dəki həmkarı Roberto Mansini və onun komandasını çempionluq münasibətilə təbrik edib.
Şotlandiyalı mütəxəssis bu mövsüm Premyer Liqada qələbənin çətinliklə başa gəldiyini vurğulayıb.
Onun fikrincə, belə bir şəraitdə çempion olan istənilən komanda özünü qələbəyə layiq saya bilər. Çünki bu, uzun yoldur. Fergüsson bildirib ki, komandası “Mançester Siti”nin zəfərindən sonra yeni çağırış alıb: “Hamı gözləyir ki, “şəhərlilər” bu uğuru inkişaf etdirməyə çalışacaqlar. Lakin bizim bununla bağlı narahatlığımıza əsas yoxdur. Fikrimcə, “Mançester Yunayted”in zəngin tarixi var, “Siti”yə isə bizim əldə etdiyimizə nail olmaq üçün 100 il lazımdır”.
Qeyd edək ki, hər iki mankunian komandası Premyer Liqanı eyni xalla başa vurub. Lakin şəxsi oyunlardakı 2 qələbə sayəsində “Mançester Siti” çempionluğu bayram edib.
Xəbər: Lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi