Hollandiya milli komandasının sabiq futbolçusu Rud van Nistelroy karyerasını başa vurub.
Lent.az-ın məlumatına görə, 35 yaşlı hücumçu İspaniya “Malaqa”sı ilə müqaviləsini uzatmamağı qərara alıb.
O, yaşıl meydanlara başıuca əlvida deyib. Van Nistelroyun sonuncu komandası 4-cü yerin sahibi kimi Çempionlar Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, Rud van Nistelroy karyerasına başladığı Hollandiya “Herenven”indən 1998-ci ildə PSV-yə keçib. Bu komanda ilə 2 dəfə ölkə çempionu olduqdan sonra o, 2001-ci ildə İngiltərə “Mançester Yunayted”inə transfer olub. “Qırmızı şeytanlar”la 2003-cü ildə çempionluq sevinci yaşayan məşhur hücumçu 2006-cı ildə İspaniya “Real"a (Madrid) üz tutub. “Kral klubu” ilə də 2006 və 2007-ci illərdə çempion olduqdan sonra o, 2010-cu ildə Almaniya “Hamburq”una, 2011-ci ildə İspaniya “Malaqa”sına keçib.
Van Nistelroy klub səviyyəsində 347 oyuna 588 qol vurub. 2003-cü ildə İngiltərə, 2007-ci ildə İspaniya, 2001-2002, 2002-2003, 2004-2005-ci il mövsümlərində Çempionlar Liqasının bombardiri olub. O, həmçinin Hollandiya yığmasının heyətində 2004-cü il Avropa çempionatının bürünc medalını qazanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi