Bu gün Azərbaycanın nüfuzlu telejurnalistlərindən olan, son illər mediadan uzaqlaşsa da, mediatikliyini itirməyən Altay Əliyevin ad günüdür. 1978-ci il may ayının 14-də Ağdam şəhərində anadan olan həmkarımız 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun "Beynəlxalq münasibətlər" fakultəsinə daxil olub. 1998-ci ildə bakalavr dərəcəsini bitirən A.Əliyev 2000-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dünya siyasəti və beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilini alıb.
Jurnalist fəaliyyətinə 1995-ci ildə "525-ci qəzet"də başlayıb. Bir il sonra AzTV-yə keçib və 14 il dövlət televiziyasında çalışıb. 2002-ci ildə ATV-də fəaliyyət göstərən həmkarımız bir sıra tarixi uğur qazandığımız oyunları - "Neftçi"nin 2006-cı ildə "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku"nun finalında Litva "Kaunas"ını 4:2, həmin il UEFA Çempionlar Liqasında Belçika "Anderlext"ini 1:0, "Qarabağ"ın 2009-cu ildə Avropa Liqasında Norveç "Rusenborq"u və Finlandiya "Honka"sı üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü - televiziya vasitəsilə canlı şərh edib.
Mətbuatdan ayrıldıqdan sonra “TopAz”da işə başlayan A.Əliyev bu günlərdə fəaliyyətə başlayan NETBET şirkətinin baş direktoru təyin edilib.
Qol.Az-ın kollektivi dəyərli həmkarımızı və dostumuzu doğum günü münasibəti ilə təbrik edir, uzun ömür, cansağlığı, üzərinə götürdüyü ağır və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayır!
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi