"Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Fergüsson əzəli rəqibləri "Mançester Siti"nin çempionluq zəfərini dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, "BBC Final Score"a danışan şotlandiyalı mütəxəssis "Mançester Siti" - "Kvins Park Reyncers" matçının son dəqiqələrdə nələrin baş verdiyini anlamadıqlarını bildirib:
"Heç kəs belə sonluq gözləmirdi. Digər görüşdə "Mançester Siti"nin qalib gələcəyini bilirdik. Ancaq nədənsə matçın son saniyələrinə qədər bu baş verməmişdi. Bununla belə, "şəhərlilər" son saniyələrdə iki qol vurmaqla çempion oldular. Nələrin baş verdiyini anlamadıq. Daha sonra isə hər şey bizə aydın oldu. Rəqibi çempionluq münasibəti ilə təbrik edirik. Çempionluq üçün əlimizdən gələni etdik, lakin alınmadı".
Qeyd edək ki, mövsümün sonuncu turunda səfərdə "Sanderlend"ə 1:0 hesabı ilə qalib gələn "Mançester Yunayted" əzəli rəqibi "Mançester Siti"nin də evdə "Kvins Park Reyncers"i məğlub etməsi (3:2) ilə çempionluğu əldən verib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi