Son günlər havaların soyuq və yağışlı keçməsi Ağdam rayonun Quzanlı qəsəbəsindəki stadionun qazonuna mənfi təsir etməyib. “Qarabağ” - “İnter” matçının PFL-in təyin etdiyi vaxtda adiçəkilən arenada oynanılmasında heç bir problem yoxdur. Bu sözləri Qol.Az-a Quzanlı qəsəbə stadionunun direktori Vaqif Balakişiyev deyib. О, üzərlərinə götürdükləri öhdəliyin deyilən vaxta kimi yerinə yetiriləcəyini bildirib: “Yağış stadionun ot örtüyünə heç bir zərər verməyib. Çünki burada drenaj sistemi quraşdırıldığından su avtomatik torpağın alt qatlarına süzülür və meydançada qalmır. Bir sözlə, hər şey qaydasındadır. Ayın sonuna kimi qazonu tam oyuna hazır vəziyyətə gətirəcəyimizə söz vermişik və bunu yerinə yetirəcəyik. Sizi əmin edirəm ki, “Qarabağ”-“İnter” matçının burada oynanılmasında heç bir problem yoxdur”.
Qeyd edək ki, aprelin 27-də PFL-in nümayəndələri qazonun durumu ilə tanış olmaq üçün bir daha Quzanlıya gedəcəklər.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”