“Qəbələ” Futbol Klubu tanınmış Avropa komandalarının iştirakı ilə I Qəbələ Kuboku beynəlxalq turnirinin keçirilməsinə hazırlaşır. Azərbaycanda klub səviyyəsində təşkil olunmuş ilk mötəbər turnir kimi tarixə düşəcək 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasındakı birincilik ölkədə uşaq futbolunun inkaşafında yeni səhifə açacaq.
Qol.Az-ın məlumatına görə, turnir öncəsi fikirlərini gabalafc.az-la bölüşən klubun vitse-prezidenti Fariz Nəcəfov sözügedən layihənin Azərbaycan futbolu və gənc futbolçuların inkişafı üçün önəmindən bəhs edib: “Qəbələ” Futbol Klubu yarandığı gündən uşaq futbolunun inkişafına xüsusi diqqət ayırıb. Çünki ölkədə futbolun istənilən səviyyəyə çatması və yerli futbolçuların yetişdirilməsi üçün bu başlıca amildir. Uşaq futbolunun inkişafı istiqamətində klub bir çox işlər görüb. Bu da növbəti layihələrdən biridir. Turnirin təşkilində də məqsəd uşaq futboluna töhfə verməkdir. Bizim bütün aşağı yaş komandalarımızın hər birisi ildə azı bir dəfə ölkə xaricində turnirlərdə iştirak edirlər. Bu da onların dünya görüşlərinin və təcrübələrinin artmasında, peşəkar futbolçu kimi yetişməsində əvəzsiz rol oynayır. Qəbələdə təşkil edəcəyimiz sözügedən turnirdə də Avropanın tanınmış klubları iştirak edəcəklər. Bu da futbolçularımızın yetişməsi ilə yanaşı, ölkəmizin və Qəbələnin hüdudlarımızdan kənarda tanınmasına təkan verəcək. Azərbaycanın müxtəlif regionlarından olan gənc futbolçuların bir zamanlar xəyallarında yaşatdıqları “Qalatasaray”, “Vilyareal” kimi komandalar artıq Azərbaycanda görəcəklər. Bu da onların bir idmançı kimi özünəinamını artıracaq”.
Fariz Nəcəfov turnirin davamlı olaraq təşkil olunacağını və tanınmış Avropa klubları ilə yanaşı hər il müxtəlif yerli klubların da birinciliyə dəvət olunacaqlarını söyləyib: “Turniri hər il davamlı olaraq təşkil etməyi planlaşdırırıq. Bu il ölkəmizi turnirdə “Qəbələ” və “Qarabağ” təmsil edəcək. Təbii ki, istərdik turnirdə Azərbaycandan daha çox komanda təmsil olunsun. Amma komanda sayı məhdud olduğundan bu il sadəcə “Qarabağ”a dəvət göndərə bildik. Növbəti illərdə “Bakı”, “Neftçi”, “İnter”, “Xəzər-Lənkəran” kimi aşağı yaş qruplarının inkişafına diqqət ayıran klubları turnirə dəvət edəcəyik”.
F.Nəcəfov turnirin yüksək səviyyədə təşkil olunacağını bildirib: "İnanıram ki, I Qəbələ Kuboku turniri həm tamaşaçılar, həm də iştirakçılar üçün yaddaqalan hadisə olacaq”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi