“İnter” - “Xəzər-Lənkəran” qarşılaşması ilə bağlı proqnoz vermək çox çətindir. Komandaların qələbə şanslarını bərabər dəyərləndirərdim. Oyun hər iki tərəf üçün vacib əhəmiyyət daşıyir. “İnter” məğlub olarsa, “Bakı”nın ona çatmasına şərait yaradacaq. “Xəzər-Lənkəran” uduzsa, çempionluq bir yana, avrokuboklara vəsiqə şansını şübhə altına salmış olacaq”. Bu sözləri Qol.Az-a sabah keçiriləcək “İnter”-“Xəzər-Lənkəran” matçını dəyərləndirən Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov sabah iki fərqli komandanın üz-üzə gələcəyini deyib: “Kimin baş məşqçi olmağına baxmayaraq, “Xəzər-Lənkəran” həmişə hücum futbolu oynayıb. “İnter” isə əksinə, praqmatik futbol oynaması ilə diqqət çəkir. Amma “Neftçi” ilə oyunun ilk yarısında bu, özünü doğrultmadı. Bir sözlə, sabah iki fərqli oyun tərzinə üstünlük verən komandanın qarşılaşmasını izləyəcəyik. Mənim arzum odur ki, ədalətli oyun olsun və layiq olan qələbə qazansın”.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”