“Turan” PFL-dən cavab gözləyir

“Turan” PFL-dən cavab gözləyir
XƏBƏR 14 May 2012 / 12:45 2233
-  A +

“AZAL-la oyundan sonra futbolçularımızı 2 günlük istirahətə buraxmışıq. Hələlik, hadisələrin sonrakı gedişatı ilə bağlı bir söz deyə bilmərəm. Bizə də məlum deyil ki, pley-off  oynayacağıq, ya yox. Çünki PFL-dən (Peşəkar Futbol Liqası) cavab gözləyirik”.
 
Bu sözləri  Qol.Az-a açıqlamasında “Turan”ın mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev deyib. Klub rəsmisi istənilən halda sabahdan etibarən futbolçuların bir araya gələcəyini bildirib: “Bu günə bir xəbər çıxmasa belə, sabahdan futbolçular məşqə başlayacaq. Ondan sonra isə məşq edə-edə cavab gözləyəcəyik. Legionerlərimiz hazırda vətənlərindədir. Gürcüstan yaxın olduğundan 2 günlük istirahət zamanı onlar vətənlərinə gedirlər və istirahət başa çatan kimi geri dönürlər”.

Sonda qeyd edək ki, çempionatın reqlamentinə görə, Premyer Liqada 11-ci pilləni tutan komanda I Divizionun ikincisi ilə pley-off oynamalıdır. Son mövsümün yekunlarına əsasən isə, Premyer Liqada 11-ci pilləni “Turan”, I Divizionda 2-ci pilləni isə “Neftçala” tutub.

Son xəbərlər