Girts Karlsons: “Özümüzü Avropada sübut etməliyik”

Girts Karlsons:  “Özümüzü Avropada sübut etməliyik”
XƏBƏR 14 May 2012 / 11:28 1830
-  A +

“Çox gərgin bir mövsümü geridə buraxdıq. Çempionatın müəyyən dönəmində yüksəlişdə, müəyyən dönəmində isə enişdə olduq. Ancaq əsas odur ki, sona doğru toparlanıb Avropa Liqasına vəsiqə qazana bildik”.

Bu sözləri Qol.Az-a açıqlamasında “İnter”in hücumçusu Girts Karlsons deyib. Litvalı hücumçu Avropada da özlərini sübut etmək istədiklərini bildirib: “Avropa Liqasına vəsiqə qazanmaqla iş bitmir. İndi özümüzü Avropada da sübut etməliyik. Ötən il pis çıxış etmədik, “Lex” kimi güclü komanda ilə başabaş mübarizə apardıq və yalnız penaltilərdə məğlub olduq. İnanıram ki, bu dəfə daha yaxşı çıxış edəcəyik”.

Futbolçu öz oyunu haqqında da danışıb:  “Ola bilsin əvvəlki kimi oynamıram. Ancaq bunu elə də problem saymıram. Qısa zamanda əvvəlki formamı bərpa edəcəyimə əminəm”.

Son xəbərlər