Səmədov Rusiya Premyer Liqasında birinci yeri tutdu

Səmədov Rusiya Premyer Liqasında birinci yeri tutdu
XƏBƏR 14 May 2012 / 11:20 2012
-  A +

Moskvanın "Dinamo" klubunun azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov 2011-2012-ci il mövsümündə Rusiya Premyer Liqasının ən yaxşı ötürmə verən futbolçusu olub.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, azərbaycanlı futbolçunun ötürməsindən sonra "Dinamo" 13 qol vurub.

Bu siyahıda ikinci yeri Səmədovun komanda yoldaşı Andrey Voronin (12 ötürmə) tutub. Moskva MOİK-inin yarımmüdafiəçisi Alan Zaqoyev isə (11 ötürmə) ilk üclüyü qapayıb.


Son xəbərlər