Türkiyə Superliqasında final mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Fənərbaxça" - "Qalatasaray" matçından sonra yenə qalmaqal yaşanıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş hakim Cüneyt Çakırın final fitindən sonra komandalarını alqışlayan "Fənərbaxça"lı azarkeşlər ardından meydana axışaraq polislə savaşıblar.
Stadionda "Qalatasaray" komandasını qoruyan polis isə azarkeşlərin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu isə daha çox stadionda olan qadın və uşaqlara çətinlik yaradıb. Bununla belə, polis çətinliklə də olsa, "Qalatasaray" klubunun futbolçuları və məşqçilər korpusunu qorumağı bacarıb. Fatih Terimin komandası isə çempionluq zəfərini dar çərçivədə polislərin əhatəsində qeyd etməli olub.
Qeyd edək ki, 0:0 hesabı ilə bitən matçın ardından "Qalatasaray" klubu növbəti çempionluğunu bayram edib. "Fənərbaxça" isə mövsümü gümüş medallarla başa vurub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi