Rusiyanın Krasnodar şəhərindəki futbol stadionunun qərb tribunasından II Dünya Müharibəsi illərindəki minaları xatırladan maddə tapılıb.
Bu barədə Krasnodar şəhəri üzrə Daxili İşlər İdarəsinin mətbuat katibi İlya Şakalov açıqlama verib.
Partlayıcıya oxşar maddə mayın 12-də səhər saatlarında aşkarlanıb. Dərhal idman qurğusu ərazisindəki bütün şəxslər evakuasiya olunub. Stadionda kinoloqlar işləyiblər, nəqliyyatın və piyadaların hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Araşdırmalardan sonra məlum olub ki, bu, universal tüstü şaşkasıdır və görkəmindən tank əleyhinə minanı xatırladır. Onun mövsümün sonunu bayram etmək məqsədilə hazırlandığı güman olunur.
Qeyd edək ki, hazırda bu arenada “Kuban” və “Krasnodar” klubları ev matçlarını keçirir. Mayın 13-də stadionda Rusiya Premyer Liqasının 44-cü turunun “Kuban” – “Dinamo” (Moskva) matçı oynanılacaq.
Xəbər: Lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi