Ölkədə uşaq futbolunu inkişaf etdirmək məqsədilə istedadlı futbolçuların kəşf olunması və peşəkar futbolçu kimi yetişməsi istiqamətində böyük işlər görən “Qəbələ” Futbol Klubu 2009-cu ildə təməlini qoyduğu Futbol Akademiyasının “meyvələrini toplamağa” başlayıb.
Belə ki, Unibank Premyer Liqanın 2011-2012 mövsümü üzrə son – 32-ci turu “Qəbələ” və onun gənc futbolçusu Amil Yunanov üçün əlamətdar olub. “Qəbələ” Futbol Akademiyasının yetirməsi “Neftçi” – “Qəbələ” matçının son dəqiqələrində ona verilən şansı dəyərləndirərək komandasına qələbə qazandırıb - 1:0.
1993-cü il yanvarın 6-da Tovuzda anadan olan və futbolçu həyatının ilk illərini doğma şəhərində keçirən Amil 2009-cu ildən “Qəbələ” Futbol Akademiyasında futbolun sirlərinə yiyələnməyə başlayıb. 2009-2010 mövsümündə 17 yaşa qədər futbolçulardan ibarət komandaların ölkə çempionatında 45 qola imza atmaqla birinciliyin ən sərrast futbolçusu ünvanına sahib çıxan Yunanov 2010-2011 mövsümünü “Qəbələ”nin əvəzedici heyətində keçirib. Lakin 6 ay davam edən zədəyə görə Amil yalnız 13 oyunda meydana çıxıb və 10 qola imza atıb. 2010-2011 mövsümü hücumçu üçün peşəkar futbolçu həyatında mühüm yeniliklə də yadda qalıb. Çempionatın son turunda “Muğan” qarşı matçın son dəqiqələrdə meydana çıxan Yunanov Unibank Premyer Liqada debüt edib və “Qəbələ” forması ilə meydançaya çıxan ən gənc futbolçulardan biri kimi klub tarixinə düşüb.
Yekun vurduğumuz mövsümü də hücumçu üçün uğurlu hesab etmək olar. “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının heyətində 16 qolla turnirin ən sərrast futbolçusu olan Amil komandasının gümüş medallara sahib çıxmasında böyük pay sahibi olub. Premyer Liqanın son turlarında əsas heyətə salınan Yunanov “Neftçi” ilə matçda ona verilən imkanı maksimum dəyərləndirib və komandasının çempion üzərində qələbəsini təmin edən qoluna imza atıb. Bununla da Yunanov 18 yaş 9 ay 1 günlüyündə qol sevinci yaşamaqla Unibank Premyer Liqada fərqlənən ən gənc “Qəbələ”li futbolçu olub.
“Neftçi” – “Qəbələ” matçdan sonra klubun rəsmi saytına fikirlərini bölüşən forvard gələcəyə inamla baxdığını söyləyib:
“Çox sevincliyəm. Oyuna çıxmağımı səbirsizliklə gözləyirdim. Özümə inamım sonsuz idi. Əlverişli məqam yarandı və şansı qaçırmadım. Baş məşqçimiz Fatih Kavlaka və məşqçimiz İbrahim Bakıra mənə güvəndiklərinə görə təşəkkür edirəm. İnanıram ki, bundan sonra da mənə şans verilsə, üzərimə düşən məsuliyyətin öhdəsindən gələcəyəm”.
Yunanov “Qəbələ”nin əsas heyət futbolçusu olmaq istədiyini və bunun üçün öz üzərində daim işlədiyini vurğulayıb. Sonda isə hücumçu “Qəbələ” Futbol Klubu rəhbərliyinə və onun futbolçu kimi yetişməsində əməyi olan məşqçilərə təşəkkürünü bildirib:
“Arzum növbəti mövsüm “Qəbələ”nin əsas heyətində yer almaq və komandanın uğurları üçün tər tökməkdir. Bu məqsədimə çatmaq üçün daim öz üzərimdə işləyirəm. Qəbələdə bunun üçün hər cür şərait var. İnanıram ki, məşqçilərin də yardımı ilə istədiyimə çatacağam. Sonda bizə yaratdıqları şəraitə görə “Qəbələ” Futbol Klubu rəhbərliyinə, yetişməyimizdə sərf etdikləri əməyə görə Akademiya direktoru Ali Yavaşa, akademiyada mənə futbolun sirlərini öyrədən məşqçilərim Halim Fıçıcı və Famil Xəlilova, əvəzedici heyətin məşqçilər korpusuna təşəkkür edirəm”.
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video