Yığmamız yenə Latviyadan üstün oldu

Yığmamız yenə Latviyadan üstün oldu
XƏBƏR 12 May 2012 / 16:03 1567
-  A +

Bu gün Lənkəran şəhər Mərkəzi stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 3:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Latviya komandasının qapısından topları Aliyə Vəliyeva, Jalə Məhsimova və Sevinc Cəfərzadə keçirib.

Xatırladaq ki, bu komandalar arasında mayın 9-da da keçirilmiş yoldaşlıq oyunu yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatmışdı.


Son xəbərlər