Ağdamın "Qarabağ" klubu dünən Unibank Premyer Liqada mövsümə yekun vurub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran"la oyunda məğlubiyyətlə üzləşən (1:4) komanda daha bir itki yaşayıb.
"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov oyunun sonuna yaxın zədələnərək meydanı yarımçıq tərk etmək məcburiyyətində qalıb. Baş məşqçi Qurban Qurbanov hər 3 dəyişiklik hüququndan istifadə etdiyinə görə komanda matçı 10 nəfərlə bitirməli olub. Sadıqovun aldığı xəsarətin ağır olması onun meydana qayıtmasını əngəlləyib.
İlkin müayinə 30 yaşlı müdafiəçinin vəziyyətinin qənaətbəxş olmadığını müəyyənləşdirib. Komandanın tibbi xidməti topuğundan aldığı zədənin dərəcəsini konkrektləşdirmək üçün Rəşad Sadıqovu Türkiyəyə yola salmağı məsləhət görüb. Qardaş ölkədə müayinə olunacaq futbolçunun nə vaxt sıraya dönəcəyi məlum deyil.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı