Unibank Premyer Liqanın XXXII turunda “Neftçi”nin qonağı olan “Qəbələ” rəqib meydanında qələbə qazanıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1:0 hesablı qələbə ilə səfər sindromunu qıran komanda üçün qarşılaşma digər məqamlarla da yadda qalıb.
Belə ki, mövsümün son matçı bəzi rekordlar, yubileylər və ilklərlə diqqət çəkib.
- “Qəbələ” Fatih Kavlakın rəhbərliyi altında Unibank Premyer Liqada 20-ci oyununu keçirdi. Bu matçlarda 11 qələbə, 4 heç-heçə və 5 məğlubiyyəti olan komanda 31 qol vurub 16-nı buraxıb.
- “Qəbələ” Fatih Kavlakın rəhbərliyi altında Unibank Premyer Liqada 10-cu səfər oyununu keçirdi. Bu matçlarda 4 qələbə, 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda 14 qol vurub 11-ni buraxıb.
- “Qəbələ” 2006/07 mövsümündə debüt etdiyi Unibank Premyer Liqada 65-ci qələbəsini qazandı. Komanda buna 172-ci matçında nail olub.
- “Qəbələ” Unibank Premyer Liqada 25-ci səfər qələbəsini qazanıb. Bu, 86-cı matçda gerçəkləşib.
- “Qəbələ” 69 günlük həsrətə son qoyub səfərdə qələbə qazanıb. Komanda sonuncu dəfə təsnifat mərhələsinin martın 3-də baş tutan oyununda “Rəvan”la rəqib meydanındakı görüşdə qalib gəlmişdi – 4:0. Sonrakı 5 səfər matçında “Qəbələ” 2 heç-heçə və 3 məğlubiyyətlə barışmışdı.
- “Qəbələ”nin futbolçusu Seymur Əsədov karyerasında ilk dəfə klubun heyətində rəsmi matça çıxdı. Oyunun 68-ci dəqiqəsində meydana daxil olan Seymur komandanın tarixinə 132-ci futbolçu kimi düşüb.
- “Qəbələ” tarixində rəsmi matçlarda oynamış 132 oyunçudan 15-i Unibank Premyer Liqada oynamayıb. Bununla da Əsədov Premyer Liqada 117-ci oyunçu olub.
- Stiv Olfers Unibank Premyer Liqada “Qəbələ” formasında 50-ci oyuna çıxıb. O, buna nail olan 10-cu futbolçudur: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya – 60, Vurğun Hüseynov – 58, Milan Antiç – 54, Azər Həşimov – 53, Kristian Torres – 52, Stiv Olfers – 50.
- “Qəbələ”də qol hesabını açan Amil Yunanov klub tarixində qol vuran 69-cu, Unibank Premyer Liqada komanda üçün qol vuran 50-ci futbolçu olub.
- Yunanov 18 yaş 9 ay 1 günlüyündə qol sevinci yaşamaqla “Qəbələ”də fərqlənən ən gənc futbolçulardan biri olub. Bu göstəricidə mütləq rekord isə Elnur Allahverdiyevə məxsusdur. Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun üzvünün həm adaş, həm də həmsoyadı olan futbolçu 7 il əvvəl rekord vurub. O, klub “Göy-Göl” adlandığı vaxt keçirdiyi ilk qarşılaşmada fərqlənib. 2005-ci il sentyabrın 21-də birinci dəstənin ilk turunun “Şərur”la oyununda meydana çıxan debütant 17 yaş 7 günlüyündə qol da vurub. Lakin Elnur aşağı dəstədə fərqləndiyindən Amil Unibank Premyer Liqada qol vuran ən gənc “Qəbələ”li futbolçu olub.
- 2011-2012 mövsümündə baş tutan 4 “Qəbələ” – “Neftçi” duelinin 3-də ardıcıl qalib gələn qırmızı-qaraların mövsüm boyunca ən çox xal qazandıqları komanda da məhz çempion “Neftçi” olub – 9 xal.
- Bu qələbə sayəsində komanda Unibank Premyer Liqanı 5-ci pillədə bitirməklə tarixinin ən yaxşı nəticəsini göstərib. 2007/08 və 2009/10 mövsümlərində çempionatda 6-cı yeri tutan “Qəbələ” həmin rekordunu 1 pillə yeniləyib.
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı