Çinin Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatının püşkü atılıb.
2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycanı Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq) təmsil edir.
Onlar 1/32 final mərhələsindən mübarizəyə başlayacaqlar. Hacıyeva ilk döyüşdə Hindistan nümayəndəsi Sarita Devi Laişramla üz-üzə gələcək. 30 yaşlı Laişram dəfələrlə Asiya çempionatının qalibi olub. O, 2001-ci ildən beynəlxalq yarışlara qatılır. Hacıyeva bu döyüşü qələbə ilə başa vursa, növbəti mərhələdə tanınmış Türkiyə boksçusu Gülsüm Tatarla qarşılaşacaq. Tatar dünya və Avropa çempionudur.
Vıstropova isə ilk döyüşünü belaruslu Viktoriya Kebikovaya qarşı keçirəcək. Əgər boksçumuz qalib gəlsə, 1/16 finalda onun rəqibi braziliyalı Roselli Feitosa olacaq. Feitosa bu il Kandada keçirilmiş Panamerika çempionatında 3-cü olub.
Qeyd edək ki, Azərbaycan boksçuları ilk döyüşlərini mayın 12-də keçirəcəklər. Çempionat mayın 19-dək davam edəcək.
Xəbər: Lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı