"Neftçi"nin futbolçusu millidən kənarlaşdırıldı

XƏBƏR 11 May 2012 / 17:48 2389
-  A +

Mayın 15-dən 19-a qədər Kişinyov şəhərində təşkil olunacaq “FA of Moldova Cup” turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” klubunun üzvü Ravil Məmmədov səhhəti ilə əlaqədar heyətdən çıxarılıb.

Məmmədovun əvəzinə isə “Qəbələ” klubunda çıxış edən İbrahim Aslanlı yığmaya dəvət olunub.

 


Son xəbərlər