İdman jurnalistləri kimi Avroliqadan kənarda qoydu?

XƏBƏR 11 May 2012 / 14:50 2746
-  A +

Bu gün Unibank Premyer Liqanın sonuncu turu çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Qarabağ” və “İnter” – “Bakı” matçlarından sonra Avroliqaya vəsiqə qazanacaq daha iki klubumuzun adına aydınlıq gələcək.

Qeyd edək ki, “Neftçi” və “Bakı” klubları artıq Avroliqaya vəsiqəni əldə edib.

Növbəti iki vəsiqə uğrunda isə üç komanda -  “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” mübarizə aparır.

Qol.Az saytı isə ölkə mətbuatında çalışan idman jurnalistləri arasında sorğu keçirib.

Sorğu iştirakçıları bu gün Avroliqaya vəsiqə qazanacaq daha iki klubla bağlı öz proqnozlarını bildiriblər.

Sorğuda respondentlərin seçimləri aşağıdaki kimi olub:

Rüstəm Fətəliyev: (azerisport.com)  “Xəzər Lənkəran” , “Qarabağ”

Elmir Əliyev: (1news.az) “Xəzər Lənkəran”, “Qarabağ”

Elşən Məmmədov (lent.az)  “Xəzər Lənkəran”,  “İnter”

Şəmsəddin Abbasov (Lider Tv) “Xəzər Lənkəran”, “İnter”

Anar Xanlarov (Qol.Az) “Xəzər Lənkəran” , “Qarabağ”

Sənan Şəfizadə  (ATV) “Xəzər Lənkəran”, “Qarabağ”

Mahir Rüstəmli (Futbol+)  “Xəzər Lənkəran”,  “İnter”

İlkin Fikrətoğlu  (ATV) “Xəzər Lənkəran” , “İnter”

Vüqar Zeynalov (azerisport.com) “Qarabağ”, “İnter”

Həbib Aslanov (Futbol+) “Xəzər Lənkəran”, “Qarabağ”

Emin Abbasov (Xəzər Tv)  “Xəzər Lənkəran”, “Qarabağ”

Nihat Ağasoy (Futbol+) “Xəzər Lənkəran”, “Qarabağ”

Sənan Abdullayev (Xəzər Tv)  “Xəzər Lənkəran”, “İnter”

Anar Cəfərsoy (525-ci qəzet) "Xəzər Lənkəran", "İnter"

Son xəbərlər