Zaqatala stadionunun qazonu təbii olacaq

Zaqatala stadionunun qazonu təbii olacaq
XƏBƏR 11 May 2012 / 11:40 2833
-  A +

“Simurq”un ev oyunlarını keçirdiyi Zaqatala Olimpiya İdman Kompleksinin stadiounun süni örtüyü təbii örtüklə əvəzlənəcək.

Qol.Az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi bu haqda qərar verib. Örtüyün dəyişdirilməsinə payızda başlanılacağı gözlənilir. Bundan başqa, adıçəkilən stadion yaxın zamanlarda Olimpiya İdman Kompleksinin balansından çıxarılaraq, “Simurq” futbol klubunun balansına keçiriləcək. Konkret desək, arena klubun mülkü olacaq.  

Qeyd edək ki, “Simurq” məhz süni örtüyə görə, kifayət qədər tənqid olunur.

Son xəbərlər