Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Dik Advokat Hollandiyanın PSV klubu ilə müqavilə bağlayıb. Klubun rəsmi saytının verdiyi məlumata görə, hollandiyalı mütəxəssis Rusiyadan səxavətli maliyyə təklifləri alsa da, PSV variantına üstünlük verib.
O, Eyndhoven təmsilçisinə 2012-2013-cü il mövsümünün sonunadək rəhbərlik edəcək. Anlaşma şərtlərinə əsasən, 65 yaşlı baş məşqçi bir il ərzində özünə əvəzedici hazırlamalıdır. Advokatın gedişindən sonra isə komandanın sükanı arxasına köməkçilərindən Filip Koku və ya Ernest Faber keçəcək.
Qeyd edək ki, Dik Advokat 1995 – 1998-ci illərdə də PSV-nin baş məşqçisi olub. O, Rusiya yığmasını hazırkı anlaşmasının başa çatacağı iyulun 15-dən sonra tərk edə bilər. Advokatı millidə əvəzləməyə namizədlər qismində “Zenit”in baş məşqçisi Luçano Spaletti, Rusiyanın ikinci yığmasına rəhbərlik edən Yuri Krasnojan və gənclər millisinin sükanı arxasındakı Nikolay Pisarevin adı çəkilib. Rusiya millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.
Xəbər: lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı