“Barselona”nın yeni baş məşqçisi əsas köməkçisini müəyyənləşdirdi

“Barselona”nın yeni baş məşqçisi əsas köməkçisini müəyyənləşdirdi
XƏBƏR 11 May 2012 / 10:55 2304
-  A +

İspaniyanın “Barselona” futbol komandasının yeni baş məşqçisi Tito Vilanovanın əsas köməkçisi müəyyənləşib.

“Sport.es”in verdiyi məlumata görə, bu, Serxio Loberadır.

34 yaşlı mütəxəssis 1999 – 2007-ci illərdə Kataloniya klubunun uşaq-gənclərdən ibarət komandaları ilə çalışıb. Onun yetirmələrindən biri hazırda İtaliya “Roma”sında icarə əsasında çıxış edən Boyan Krkiçdir. Son zamanlar Lobera İspaniyanın III divizionundakı “Seuta”nın sükanı arxasında olub. Qeyd edək ki, Tito Vilanova mövsümün sonunda baş məşqçi postunu tərk edəcək Xosep Qvardiolanı əvəzləyib.

Xəbər: lent.az

Son xəbərlər