Ukraynada yeni çempion müəyyənləşdi

Ukraynada yeni çempion müəyyənləşdi
XƏBƏR 11 May 2012 / 01:57 1940
-  A +

Futbol üzrə Ukrayna çempionatında da mövsümə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, Donetsk təmsilçisi "Şaxtyor" klubu növbəti dəfə qızıl medallara sahib çıxıb.

Son turda evdə "Oleksandria" ilə qarşılaşan Mirça Luçeskonun komandası rəqibinə aman verməyib. Görüşdən 3:0 hesablı qələbə ilə ayrılan "Şaxtyor" 79 xalla ən yaxın izləyicisi "Dinamo" (Kiyev) klubunu 4 xal qabaqlayıb.

Qeyd edək ki, bu, "Şaxtyor" klubunun indiyədək qazandığı 8-ci çempionluq olub.


Son xəbərlər