"Bavariya" klubunun hücumçusu Aryen Robben "Yuventus"dan təklif almasına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "Voetbal İnternational"a danışan hollandiyalı futbolçu karyerasını "Bavariya"da başa vurmaq istədiyini açıqlayıb:
"Karyeramda ilk dəfə idi ki, bir komanda ilə müqavilə yeniləyirdim. Daha öncə mütəmadi olaraq klubumu dəyişirdim. Lakin son qərarım fərqli oldu. Məncə, bu vəziyyət hər şeyi açıqlayır. "Yuventus"un mənimlə maraqlanmasını bilirəm. Təbii ki, bu təklif mənim üçün qürurvericidir. Ancaq karyeramı "Bavariya"da başa vurmaq istəyirəm".
Qeyd edək ki, 28 yaşlı futbolçu bir müddət öncə "Bavariya" ilə müqaviləsini daha 2 illik uzadıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı