İtaliyanın “Milan” klubunun əfsanəvi müdafiəçisi Alessandro Nesta mövsümün sonunda komandası ilə yollarını ayıracaq.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçu iyulun 1-də başa çatacaq müqaviləsini uzatmamağı qərara alıb.
Nestanın karyerasını Amerika Liqasında davam etdirəcəyi bildirilir. Amerika klubları ilə yanaşı, Avropa və Asiya komandalarından da Nestaya təkliflər var. Lakin futbolçu yekun qərarını bu ayın sonlarından açıqlayacağını bildirib.
Qeyd edək ki, 2002-ci ildə “Latsio”dan “Milan”a keçən Nesta 10 il müddətində 2 dəfə Çempionlar Liqası (2003, 2007), Kuboklar Kuboku (1999), hərəyə 3 dəfə UEFA Superkuboku (1999, 2003, 2007), İtaliya çempionluğu (2000, 2004, 2011), İtaliya Kuboku (1998, 2000, 2004) və İtaliya Superkuboku (1998, 2000, 2011) qazanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı