Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürəcək.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda Azərbaycanı kanoeçi Adnan Əliyev təmsil edəcək.
O, 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Yarışın ilk günündə seçmə və yarımfinal, ertəsi gün final yürüşü olacaq. Yekunda Əliyev ilk 2 pillədən birini tutacağı halda, London olimpiadasına vəsiqə qazanacaq.
29 yaşlı kanoeçimiz ötən il Macarıstanın Seqed şəhərində keçirilmiş lisenziya xarakterli dünya çempionatında da iştirak edib. Lakin həmin yarışda təmsilçimiz 18-ci olub. Olimpiya lisenziyasına isə ilk 7 pilləni tutanlar sahib çıxıblar.
Digər kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Londonda iştirak hüququna yiyələniblər. Əliyev də Avropa Olimpiya Təsnifatında bu vəzifənin öhdəsindən gələ bilsə, ölkəmiz olimpiadada kanoe növündə tam heyətlə təmsil olunacaq.
Qeyd edək ki, Adnan Əliyev Poznana kayak və kanoe üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında yollanacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı