"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo komandasının zəif nöqtəsini açıqlayıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis komandasına təcrübəli bir sağ cinah müdafiəçisinin alınmalı olduğunu bildirib.
Serxio Ramos, Alvaro Arbeloa, Raul Albiol və Həmid Altıntop kimi futbolçular sağ cinahda çıxış edə biləcək oyunçular olmasına baxmayaraq, Mourinyo yeni müdafiəçiyə ehtiyac duyur. Ramosu əsasən müdafiənin mərkəzində oynadan Mourinyo onun əvəzinə sabiq futbolçusu "İnter"li Duqlas Maykon səviyyəsində bir oyunçu axtardıqlarını açıqlayıb.
Qeyd edək ki, 49 yaşlı mütəxəssisin komandanın skautlarına "mənə bir Maykon tapın" dediyi bildirilir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı