“İnter”in gürcüstanlı müdafiəçisi İlia Kandelakinin klubun rəsmi saytına müsahibəsi
- Öncədən də məlum idi ki, “Qarabağ”la qarşılaşma “İnter” üçün asan olmayacaq. Belə də oldu. Komanda səfərdə uduzdu. Keçirilən matç barədə fikirlərinizi bilmək istərdik...
- Çətin oyun oldu. Təəssüf ki, həmin gün istədiyimiz alınmadı. Ev sahibləri qapımız önündə daha çox vəziyyət yaratdılar və onlardan biri də qolla nəticələndi. Zənnimcə, matçı heç-heçə ilə başa vurmağa olan həddən artıq istəyimiz bizi pis vəziyyətə saldı. Yəni, biz rəqibin qapısına yol tapmaqdan daha çox qapımızın toxunulmazlığı barədə düşünürdük. "Qarabağ" isə kifayət qədər yaxşı futbol sərgilədi. Yəqin ki, bu, “Qarabağ”ın indiki mövsümdə ən yaxşı oyunlarından biri oldu.
- Sənə elə gəlmir ki, “İnter”in məğlubiyyətə uğramasının səbəblərindən biri rəqibin böyük motivasiyası oldu, hansı ki, bu qarşılaşma Avropa Liqasında oynamağa imkan verəcək zonaya düşmək üçün son şans idi...
- Bu, “Qarabağ” üçün son şans idi və ola bilər onlar qələbə qazanmağı bizdən daha çox istəyirdilər. Axı bizi bu qarşılaşmada heç-heçə də qane edirdi. Onların itirəcəkləri heç nə yox idi və məhz buna görə də böyük qüvvəylə hücuma keçirdilər, daim irəliyə gedirdilər. Lakin bizim də bu oyuna motivasiyamız yüksək idi, amma təəssüf ki, elə ilk dəqiqələrdən oyunumuz alınmadı.
- "Qarabağ"la görüşdə komandada müəyyən yorğunluq hiss olunurdu. Bir aydan çoxdur “İnter” təqribən üç gündən bir meydançaya çıxırdı. Belə vəziyyət futbolçulara bacarıqlarını nümayiş etdirməyə mane olurmu?
- Əlbəttə ki, hər üç gündən bir 90 dəqiqə oynamaq çətindir. bir də ki, “Neftçi” və “Qarabağ” kimi komandalara və ilk “altılıq”dakı digər güclü rəqiblərə qarşı oynamaq ağırdır. Axı heç birində rahatlaşmaq olmaz. Lakin bununla belə, qeyd etməyə dəyər ki, bizim digər rəqiblərimiz də eyni qrafik üzrə çıxış edir və hamımız bərabər şərtlərdəyik. Çox şey futbolçulardan da asılıdır, axı bütün oyunçular müxtəlif səviyyədə yorulurlar: biri daha çox, digəri bir az.
- Ancaq “Qarabağ”la oyunda məğlubiyyət “İnter”ə Avropa Liqasına düşmək üçün heç də pis şanslar qoymadı. Bu məqsədə nail olmaq üçün komandamızın mövsümün son oyununda qələbə qazanması kifayətdir...
- Bəli, ən əsası da budur. Bizə diqqətimizi rəqiblərin oyunlarına yönləndirmək yox, "Bakı" ilə oyunda qələbə qazanmaq lazımdır. Yalnız bu halda məqsədimizə nail ola bilərik. Bizim düşüncələrimiz tamamilə “Bakı” ilə keçirəcəyimiz matça yönəlib. Rəqiblərin oyunları barədə isə zənnimcə, düşünməyə dəyməz.
- “Bakı” ilə beşinci gün keçiriləcək oyun barədə nə deyərdin?
- Düşünmürəm ki, bu qarşılaşma asan olacaq və əminliklə deyə bilmərəm ki, biz bu oyunda mütləq qəlib gələcəyik. Əminəm ki, qarşılaşma mübarizə şəraitində keçəcək və hər iki komandaya çətin olacaq. Baxmayaraq ki, “Bakı” çempionata motivasiyasını itirib, bu vəziyyət onlara ötən turda “Neftçi”yə qalib gəlmələrinə mane olmadı. Bu da ondan xəbər verir ki, “Bakı” bizə müqavimət göstərəcək. Bir sözlə, oyun çətin olacaq və avrokuboklara çıxmaq üçün bizə mütləq qalib gəlmək lazımdır.
- “İnter”in avrokuboklara çıxmaq şansını faiz nisbətilə necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, iki vəsiqəyə iddia edən hər üç komandanın şansları təxminən bərabərdir. Axı hər üç komandanın taleyi öz əlindədir, Avropa Liqasına yollanmaq üçün bütün komandalara qələbə qazanmaq kifayətdir. “Xəzər Lənkəran” isə hətta heç-heçə də sərf edir. Təkrar edirəm ki, komandaların şansları taxminən bərabərdir və son tur bütün suallara cavab verəcək. Belə də komandaların şansı 50/50-dir...
- Yayda sənin “İnter”lə müqavilənin müddəti başa çatır. Maraqlıdır, əməkdaşlığın davam etdirilməsi barədə klub rəhbərliyilə danışıq aparmısan?
- Səmimi desəm, bu barədə hələ söhbət etməmişik. Hazırda qarşıdakı matça köklənmişik, qarşılaşmadan sonra gələcəyimi müəyyənləşdirəcəyəm.
- Maraqlıdır ki, klubla müqavilənizin müddətini uzatmağı istərdinizmi?
- Əlbəttə ki, “İnter”də qalmaq və karyeramı burada davam etdirmək istərdim. Ancaq təkrar edirəm ki, bu məsələlər mövsümün başa çatmasından sonra həlli tapacaq.
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı